Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat turniri

29.12.2024-cü il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat turniri keçirildi. Turnirdə məktəbin müəllimləri iştirak edərək öz intellektual bacarıqlarını nümayiş etdirdilər. Tədbir həm idman, həm də həmrəylik ruhunu gücləndirdi.
Sonda qalib gələn müəllimlərə rəhbərlik tərəfindən sertifikat təqdim olundu və iştirak edən bütün müəllimlərə təşəkkür edildi.