“Dünya Azərbaycanlıların Həmrəylik Günü” adlı təşkilat saatı

27.12.2024-cü il tarixində məktəbin ingilis dili müəllimi İ.Vüsalənin rəhbərliyi ilə 9a sinfində “Dünya Azərbaycanlıların Həmrəylik Günü” adlı təşkilat saatı keçirdi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu vurğulayan müəllim həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik yaratmaq baxımından mühüm rol oynadığını diqqətə çatdırdı.