Canlı riyaziyyat tarixi

      Məktəbin Fəaliyyət Planına əsasən riyaziyyat, informatika və STEAM fənn aylığı çərçivəsində 20.12.2024-cü il tarixində  riyaziyyat fənnindən müzakirə-dərs təşkil olundu. 124 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şıxlinskaya Leylanın rəhbərliyi ilə “Canlı riyaziyyat tarixi” başlığı altında keçirilən dərsdə VIII siniflərdə təhsil alan şagirdlər iştirak etdilər. Şagirdlər bu dərsdə riyaziyyatın inkişaf tarixi, onun inkişafında əvəzsiz rol oynayan riyaziyyatçıların həyatı barədə məlumatları hazırladıqları slaydlar vasitəsilə göstərdilər, riyaziyyatın gündəlik həyatımızda tətbiqi ilə bağlı hazırladıqları divar qəzetlərini təqdim etdilər. Ən sonda Leyla müəllim riyaziyyatda hələ də həll edilməyən məsələlər barədə məlumat verdi.  Dərsin gedişi boyu dərsdə verilən məlumatlar, müxtəlif riyazi faktlar barədə məktəb rəhbərliyi, müəllim və şagirdlərlə müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi