“Artechnolab” uşaq festivalı
19 dekabr 2024-cü il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində “Artechnolab” uşaq festivalı keçirilib.
Festival şagirdlərin elmi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, təhsilalanların elmi-texniki biliklərinin artırılması, yaradıcı düşüncə tərzinin formalaşdırılması, tədqiqat işlərinə maraq və həvəsin yaradılması məqsədilə təşkil olunub.
Məktəbimiz bu festivalda Ekorobot və Proqramlaşdırma kateqoriyalarında 4 komanda ilə iştirak etdi.Məktəbimizin
7e sinif şagirdi Qasımov Rafail
9b sinif şagirdi Ağayeva Mehriban
10a sinif şagirdi Balakişiyeva Fatimə
10d sinif şagirdi Rzazadə Rəna
10b sinif şagirdi Əsədzadə Fatimə fəal iştirakçı sertifikatı və hədiyyələrlə təltif olundular.
Qeyd edək ki, festivalda şagirdlər 10-13, 14-16 yaş kateqoriyalarında komanda və fərdi şəkildə olmaqla müxtəlif istiqamətlər (animasiya, qrafiki dizayn, fotoqrafiya, ekorobot, proqramlaşdırma) üzrə iştirak ediblər. Hər istiqamət üzrə peşəkar mütəxəssislər tərəfindən müvafiq master-klasslar təşkil olunub və iştirakçılara yeni bilik və bacarıqlar qazandırılıb.
Münsiflər tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə diplom və mükafat, digər iştirakçılara isə sertifikat və hədiyyələr təqdim olunub. Tədbirin sonunda isə xatirə fotoşəkli çəkdirilib.
Ümumilikdə, tədbirdə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərindən 130 şagird iştirak edib.