Dahi insanın nurlu xatirəsi ehtiramla yad edildi.

12.12.2024-cü il tarixində Ümumilli lider Heydər Əliyevin anım günü şagird və müəllim kollektivi tərəfindən 1 dəqiqəlik sükutla yad edildi. Müstəqilliyimizin memarı olan Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti barədə təlim tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi Gülnar Qədirova əvvəlcə qısa məlumat verdi, sonra şagirdlərə əbədiyaşar şəxsiyyət haqda film nümayiş olundu. Filmdə dahi öndərin həm Azərbaycan SSRİ, həm də Azərbaycan Respublikası dövründəki siyasi, iqtisadi , sosial və mədəni sahədə gördüyü işlər işıqlandırıldı.