Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir

12.12.2024-cü il tarixdə 11b sinfində keçirilən təşkilat saatı Ulu Öndər Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edildi. Təşkilat saatında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şagirdlər - Əlizadə Nəzrin , Kazımova Aybəniz müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verdilər. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulandı. Politoloqlar və incəsənət xadimlərinin görkəmli siyasi xadim və fenomenal insan haqqında xatirələrini əks etdirən videomaterialları izlədilər.