"Unudulmaz lider" adlı dəyirmi masa

  

   124 nömrəli tam orta məktəbin  fiziki tərbiyə müəllimləri Sadıqova Türkan , Zeynalova Xədicə və şagirdlər ilə birlikdə Heydər Əliyevin anım günü ilə əlaqədar "Unudulmaz lider" adlı  dəyirmi masa təşkil etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni, Ulu Öndərimiz Heydər Əliyevin və şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə məktəbin direktoru Ələkbərova Reyhan "Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyində ilk hakimiyyət dövrü" haqqında çıxış etdi. Təlim- tərbiyə işləri üzrə direktor müavini  Qədirova Gülnar "Heydər Əliyevin uzaq görən siyasəti və Qarabağ problemi ilə bağlı atdığı addımlar" haqqında danışdı. Sonra  məktəbin fiziki tərbiyə müəllimi Mirzəyev Xaqani  Heydər Əliyevin  idmana, idmançılara göstərdiyi qayğı və diqqətdən danışdı.

Şagirdlər Ulu Öndərimiz Heydər Əliyevin idmanla bağlı fikirlərindən bir çoxunu səsləndirdilər. Məktəbin fiziki tərbiyə müəllimi Zeynalova Xədicə Heydər Əliyevin idmana qoyduğu təməllərin onun oğlu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdı və çıxışını onun  "İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz" tarixi sözü ilə tamamladı. Məktəb rəhbərliyi, məktəbimizin idmançı şagirdləri ilə tanış oldu, onların uğur hekayələrini qısa olaraq dinlədi. Tədbir rəhbərliyin  idmançı şagirdlərimizi sertifikatla təltif edilməsi ilə tamamlandı və xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi