Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar təşkilat saatı

             Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, təşkilat saatlar və s. təşkil olunub.  124 nömrəli məktəbin biologiya müəllimi S.Aytənin təşkilatçılığı ilə 9e sinfində Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə təşkilat saatı keçirilib. Şagirdlər Heydər Əliyev haqqında kəlamlarını, aforizimlərini söyləyib, Heydər Əliyev haqqında kitablardan istifadə edərək məqalələr oxuyublar. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi