“Yaradıcı müəllim” müsabiqəsi

     Bakı şəhəri üzrəTəhsil İdarəsi tərəfindən keçirilən “Yaradıcı müəllim” müsabiqəsində 124 nömrəli məktəbin ibtidai sinif müəllimi Maxvirati Ayşən  “Azərbaycan milli uşaq oyunlarının şagirdlərin nitq və sosial bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təqdim etdiyi layihə ilə "Təşəkkürnamə" qazanmışdır. Müsabiqənin məqsədi  müəllimlərin yaradıcılığını dəstəkləmək və tədris prosesinə yenilikçi yanaşmalar gətirməkdir. Ayşən Maxviratinin layihəsi Azərbaycan milli uşaq oyunlarının şagirdlərin təhsilinə necə faydalı ola biləcəyini göstərərək uşaqların nitq və sosial bacarıqlarını inkişaf etdirmək üçün effektiv bir metod təqdim etmişdir. Oyunların tədrisə daxil edilməsi  şagirdlərin həm əyləncəli bir şəkildə öyrənmələrinə, həm də sosial bacarıqlarını artırmalarına kömək edir. Həmçinin milli oyunların uşaqlara mədəniyyətimizi tanıtmaq və onları mənəvi dəyərlərə uyğun yetişdirməkdə əhəmiyyətli rolu vardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi