Şagird təhlükəsizliyi

“Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi ” mövzusunda təlimatın icrası ilə əlaqədar məktəbimizdə təhlükəsiz mühit yaradılmışdır. Təlimatda qeyd olunanlar nəzərə alınaraq, təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə məktəbdə təhlükəsizlik tədbirləri görülüb. “Təhlükəsizlik günü” altında şagirdlərin məktəbə qəbulu baş tutub. Bununla əlaqədar şagirdlərin çantaları yoxlanılaraq məktəbə buraxılıb. Bundan əlavə valideynlərin maarifləndirilməsi və məsuliyyətlərinin artırılması məqsədilə iclaslar, görüşlər keçirilib, risk qrupuna daxil olan şagirdlər müəyyənləşdirilib, psixoloqun onlarla apardığı iş gücləndirilib, zəruri hallarda aidiyyəti orqanların məlumatlandırılması nəzərdə tutulub.
Şagird təhlükəsizliyi ilə əlaqədar işlər məktəbdə mütəmadi olaraq keçirilir.