Təhlükəsiz informasiya axtarışı

      Bakı şəhəri Xəzər rayonu F.Gözəlov adına tam orta məktəbin psixoloqu Sultanova Zülfiyyə tərəfindən 9-cu sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" metodik vəsaitinə daxil olan "Təhlükəsiz informasiya axtarışı" mövzusunda məşğələ baş tutdu. Məşğələdə şagirdlərə etibarlı informasiya mənbələri haqqında məlumatlar verildi, internetdən əldə etdiyimiz informasiyaların etibarlılıq və mötəbərlilik səviyyəsi müzakirə olundu. Onları maraqlandıran şəxsi sualların cavablandırılması üçün hansı informasiya kanallarının vacibliyi haqqında fikirlər irəli sürüldü. Sonda rollu oyun vasitəsilə əldə olunan məlumatlar möhkəmləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi