“Oxford Said-Burjeel Holdinqs İqlim Dəyişikliyi Müsabiqəsi”

   124 nömrəli məktəbin şagirdləri Balakişiyeva Fatimə , Ağayeva Mehriban və mentoru Sitarə Nağıyeva Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı COP29  iqlim böhranının həllinə töhfə vermək üçün “Oxford Saïd-Burjeel Holdinqs İqlim Dəyişikliyi Müsabiqəsi”ndə iştirak etmişlər. Müsabiqənin əsas məqsədi gəncləri (15-18 yaş arası), həmçinin təhsilverənləri havanın çirklənməsi, ekstremal hava şəraiti, su qıtlığı, ərzaq təhlükəsizliyi və biomüxtəlifliyin itirilməsi kimi əsas iqlim problemlərinin aradan qaldırılması istiqamətində praktiki həllərin hazırlanmasına cəlb etmək və iştirakçılar arasında yaradıcılıq və tənqidi düşüncəni inkişaf etdirməkdir.

Müsabiqə iqlimi təhdid edən beş əsas problemə əsaslanır:

* havanın çirklənməsi

* ekstremal hava

* su qıtlığı

* ərzaq təhlükəsizliyi

* biomüxtəliflik

     Məktəbimiz “Havanın çirklənməsi “ mövzusunda günəş paneli vasitəsilə işləyən avtobus layihəsi ilə iştirak etmişdir. İqlim Dəyişikliyi Çağırış Komandası şagirdlərimizi iştirakçı sertifikatları ilə təltif etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi