STEAM dərslərində 3D modelləşdirmə

6d sinfində STEAM fənnini tədris edən M.Kübra və P. Vüsalə müəllimlər bu dəfəki dərslərini 3d modelləşdirmə mövzusunda qurdular. Şagirlərin bu mövzuda bilikləri təkrar edilərək, onlarda yeni bacarıqların formalaşdırılması üçün şərait yaradıldı. İstifadə etdikləri 3d printerlər “Flashforge” şirkətinin istehsalı olan “ Finder 2.0” modeli idi. Printerin iş fəaliyyəti ilə tanış oldular. Hər biri filamentlərin printerə daxil edilməsində hazırladıqları 3D modellərin çapa verilməsi prosesində iştirak etdilər. Həvəslə hazırladıqları 3D modellərin hazır variantlarını görmək onları çox sevindirdi.