“Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüş

     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 124 saylı tam orta məktəbdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə mərkəzin sosial iş üzrə mütəxəssisi Aysun Kərimova, sosial pedaqoqu Ayşən Qafarzadə, müəllimlər və valideynlər iştirak ediblər. Ayşən Qafarzadə “Uşaq hüquqları haqqında” Konvensiya və “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (“Lansarote” Konvensiyası) yaranma tarixi, mahiyyəti, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi məqsədilə həyata keçirilən layihələr və mərkəzin həyata keçirdiyi maarifləndirici tədbirlər haqqında iştirakçılara məlumat verib.

Yekunda iştirakçıların mövzu ilə əlaqəli sualları cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi