IX-XI sinif valideynləri ilə görüş

22.11.2024-cü il tarixində məktəbin akt zalında IX-XI sinif valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüşdə valideynlərə yeni şagird davranış qaydaları, onların meyarları, qayda pozuntularının səviyyələri, tövsiyə edilən intizam tədbirləri haqqında geniş məlumat verildi. Şagirdlərin davranışları, monitorinq və summativ qiymətləri valideynlərə bildirildi. Sonda valideynləri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı.