Keçmişə səyahət

Payız tətili dövründə 4 "D" sinfinin şagirdləri Qobustan Dövlət Tarixi - Bədii Qoruğuna və Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiyaya yollanıblar. Şagirdlər qədim Qobustanın tarixi, Azıx mağarası, ibtidai insanların məşğuliyyətləri ilə yaxından tanış olmuşlar. Həmçinin məşhur Qaval daşda ifa etmiş və yallı rəqsi oynamışlar.
Daha Palçıq Vulkanları Turizm Kompleksində palçıq vulkanları , əlavə olaraq heyvan və həşəratların bioloji quruluşu ilə faydalı məlumatlar əldə etmişlər.