"Bir kərə yüksələn bayraq bir daha enməz !"

    07.11.2024-cü il tarixində 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyd edildi.  İki hissədən ibarət olan tədbirin əvvəlində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi qonaqlara nümayiş olundu. Sonra qonaqlar məktəbin akt zalında möhtəşəm tədbiri izlədilər. Dəvət olunan qonaqlar arasında Şəhid valideynləri, qazilər, müharibə iştirakçıları, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyin İctimai işlər üzrə müavini, Qızıl Qələm laureatı Kamil Kamran oğlu , tarixçi alim, etnoqraf Təvəkkül Səlimov və başqaları var idi. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olunandan sonra  tədbirdə vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirildi, rəqslər edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi