Biz Qalib Xalqın Uğurlu gələcəyiyik!

F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin 1A sinfində Abasquliyeva Gülşən müəllimin rəhbərliyi ilə Zəfər Gününə həsr olunan tədbir keçirildi. Tədbirin əsas məqsədi II Qarabağ müharibəsinin qəhrəman şəhidi Allahverdiyev Allahverdi Əli oğlunun adının 1A sinfinin otağına verilməsi idi. Bu məqsədlə Şəhidin ailə üzvləri məktəbə dəvət olundu. Şəhidin atası Əli Allahverdiyev sinif sərlövhəsinin açılışında iştirak etdi. Eyni zamanda müharibə iştirakçıları, qazilər, məktəb rəhbərliyi sinifdə Şəhidə həsr olunmuş guşə ilə tanış oldular. Şagirdlərin çıxışında şeirlər səsləndirildi. Qonaqların təəssüratları dinlənildi.