"Zəfər qazandıran atış"

124 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş "Zəfər qazandıran atış" adlı 150 qr topun atılması yarışı keçirildi. Yarış düşmən üzərinə mərmini atıb qürurlu geri dönüşü ilə ürəkləri fəth edən topçu Vüsal Şahkərimova həsr olundu.
Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, şəhidlərimiz 1dəqiqəlik sükutla yad edildi.
Yarışı keçirən fiziki tərbiyə müəllimi Mirzəyev Xaqani şagirdlərimizə 44 günlük müharibədəki zəfərimizdən, şəhidlərimizin, qazilərimizin göstərdikləri qəhrəmanlıqdan, həmçinin topçu Vüsalın atəş açdıqdan sonra mərdanə duruşundan danışdı.
VII siniflər arasında keçirilən yarışda 8 komanda iştirak etdi. Yarış "kim uduzdu çıxır" sistemi ilə keçirildi. Nəticə olaraq 7ç sinfi l yerə, 7b sinfi ll yerə, 7e və 7c sinfi lll yerə layiq görüldü.