Bilbacar müsabiqəsinin məktəb üzrə yarışlarına startın verilməsi

   

    01.11.2024-cü ildə məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil  Nazirliyinin “Bilbacar”  müsabiqəsinin oktyabr ayı üçün yarış bölməsi onlayn formada VIII, IX və X  sinif şagirdləri arasında təşkil olundu.  Məktəb koordinatoru Məmmədova Nigar şagirdlərə bu istiqamətdə dəstək göstərdi. Layihənin məqsədi şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, müasir səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir. Bu layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi