VƏTƏNİMİN MÖHTƏŞƏM ZƏFƏRİ

F.Gözəlov adına 124 nömrəli məktəbdə 31.10.2024-cü il tarixində fiziki tərbiyə müəllimi Orucova Günelin rəhbərlik etdiyi 6e sinfi ilə Zəfər Gününə həsr olunmuş  “VƏTƏNİMİN MÖHTƏŞƏM ZƏFƏRİ” adlı  tədbir keçirildi.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən uğrunda canını qurban vermiş şəhidlərin ruhunu yad etməklə başladı. Şagirdlər nizami yürüş, müxtəlif idman nümunələri nümayiş etdirərək Vətənə olan sevgi və ehtiramlarını bir daha bildirdilər. Sonda məktəb rəhbərliyi  tədbiri yüksək qiymətləndirdi və Zəfər Günü münasibətilə şagidləri təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi