” Təbiət üçün əl-ələ “
Oktyabırın 26-da Çin Xalqı Respublikasının Azərbaycandakı səfirliyi, Heydər Əliyev Fondu və Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ” Təbiət üçün əl-ələ “ şüarı altında ağacəkmə aksiyası keçirilib.
Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda təşkil olunan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin övladları və qəbul imtahanından 600 baldan yüksək toplayan uşaqlar da iştirak ediblər. Layihənin təşəbbüskarı, Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, “ Yaşıl dünya naminə həmrəylik ili ” çərçivəsində təşkil edilən bu aksiya təbiətə qayğının nümunəsi olmaqla yanaşı , şəhid ailələrinin və gənclərin daim diqqət mərkəzində olduğunun göstəricisidir. Tədbirin sonunda Heydər Əliyev Fondu, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi adından şəhid övladları və gənclərə qiymətli hədiyyələr təqdim olunub.