"Sirli sehrli kimya”

     Məktəbdə təhsil alan şagirdlərin kimya fənninə marağının artırılması, bu sahədə nəzəri və praktiki biliklərinin inkişafı məqsədilə "Sirli sehrli kimya” adlı tədbir keçirildi. . Tədbiri məktəbimizin  kimya müəllimi A.Günel tərəfindən hazırlanmışdı.

     Tədbir 9-cu sinif şagirdlərinin aktiv iştirakı ilə yadda qaldı. Onlar kimya elmi barədə dəyərli məlumatlar verdilər, müxtəlif təcrübələr apardılar. “Oksigenin alınması”, “Kibritsiz alov”, “Hidrogenin alınması”, “Alovsuz tüstü”, “Süni qanın alınması”, “Qələvinin neytrallaşması”, “Yodun sublimasiyası”, “Süni qarın alınması”, “Yodun spirtdə həll olması”, “Dalğalanan bayraq”, “Şarın doldurulması”  kimi maraqlı kimyəvi təcrübələr aparıldı.

       10 d sinif şagirdləri „Etanolun məhkəməsi " adlı praktiki işini rollu oyunla təqdim etdilər. Etanolun (etil spirtinin) insanlara, cəmiyyətə vurduğu ziyan və eyni zamanda onun tətbiqi ilə insanların rifahı halının, ümumilikdə geniş tətbiq sahələri haqqında məlumat verildi.

   Kimya gecəsinin gedişində məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə kimyəvi elementlər haqqında maraqlı faktlar söylənildi. Tədbirdə həmçinin şagirdlərin ifasında musiqilər də səsləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi