PISA - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı

PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir təşkil olunur. Bu layihə şagirdlərin nəticələrini müqayisə və test etməklə təhsildə standartlaşmanı və inkişafı artırmağa çalışır.
PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi ilə əlaqədar olaraq 24.10.2024-cü il tarixində 124 nömrəli məktəbdə də sınaq qimətləndirilməsi keçirildi. Qiymətləndirməyə hazırlıq məqsədilə fənn müəlimləri şagirdləri PISA haqqında məlumatlandırdılar. Sınaq qiymətləndirmədə 50 şagird iştirak etdi.