“Elm, texnologiya,həyat”

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilib. Layihə çərçivəsində ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları, açıq dərslər nəzərdə tutulub.
F.Gözəlov adına 124 nömrəli məktəbin kimya müəllimi H.Leyla VII ç sinfi ilə “Elm, texnologiya,həyat” mövzusunda açıq dərs keçirdi. Müəllim əvvəlcədən hazıladığı sualları yazılı olan batman kağızlarını qruplara təqdim etdi. Sonra qruplar nəticələri təqdim edib və nəticəni müzakirə etdilər. Müəllimə hidrogenin alınması reaksiyasını təqdim etdi. Sonda məktəb rəhbərliyi tərəfindən dərsin gedişi müzakirə olundu və müəllimin dərsi yaxşı qiymətləndirildi.