“Müstəqilliyin Bərpası Günü”

                    Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən  18 oktyabr “Müstəqilliyin  Bərpası Günü” nə həsr olunmuş maarifləndirici proqramda  124 nömrəli  məktəbin tarix müəllimi Ə.Birdanə və VIII d sinfi iştirak edib.  İlk öncə himn səsləndikdən sonra  əyləncə xarakterli ustad dərslərində məktəblilər mövzuya uyğun olaraq kağız üzərində dövlət gerbi və müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağı quaş boyalarla rənglədilər. Eləcə də şagirdlər  Milli İncəsənət Muzeyini ziyarət edərək milli və dünya bədii irsini yaşadan incilərin sehrinə qərq olaraq milli keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi