Şəhid Orxan Əliyevin anım günü

Azərbaycan Ordusunun əsgəri olan Orxan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Əliyev oktyabrın 16-da Ağdərə istiqamətində şəhid olub. Xəzər rayonunun Şağan qəsəbəsində dəfn olunub.

      Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

  Bununla əlaqədar məktəb rəhbərliyi -  direktor R.Ələkbərova, tərbiyə işləri üzrə direktor müavini S.Atayeva və övladının sinif müəllimi S.Məhəmmədqızı onun ailəsinə ziyarətə getmiş və qəbri üstünə gül dəstəsi qoymuşlar. Şəhidin ev muzeyində bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub və doğmalarına,əzizlərinə səbr arzulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi