Birinci siniflərin valideynləri ilə adaptasiya mövzusunda görüş

Məktəb mühiti uşaqların həyatında yeni bir mərhələdir. Çünki onun ictimai münasibətlər sistemində yeri, bütün həyat tərzi dəyişir, psixoemosional yükü artır. Birinci sinif şagirdlərinin məktəbə adaptasiya proqramı üzrə 11.10.2024 cü il tarixində məktəbin akt zalında məktəbin psixoloqu Sultanova Zülfiyyə tərəfindən birinci sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüsdə adaptasiyanin fizioloji və psixoloji səbəbləri haqqında məlumatlar, valideynlərə müvafiq tapşırıqlar və tövsiyələr verildi.