Şəhid Əmir Kazımovun anım günü

Əmir Kazımov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Əmir Kazımov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Əmir Kazımov oktyabrın 10-da döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmir Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidin anım günü ilə əlaqədar məktəbin VII-VIII sinif şagirdləri ilə xatirəsi yad edilib və ona həsr olunmuş "Gülərüz şəhid" sənədli filmi nümayiş olunub.