“Yaşıl SAF 2024”

Hər il olduğu kimi bu il də Beynəlxalq Yaşıl SAF 2024-ün final mərhələsi keçiriləcək. Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, həmçinin "COP 29" və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.
Komandamız Beynəlxalq Yaşıl SAF 2024 "Engineers of Future-Gələcəyin Mühəndisləri" kateqoriyasının final mərhələsinə vəsiqə qazanmışdır. Bu kateqoriya üzrə 175 komanda mübarizə aparmışdır. Finala 32 komanda vəsiqə qazanmışdır. Onlardan biri məktəbimizin SUCCESLİNE komandasıdır. Komanda 2 şagird, 1 mentordan ibarətdir.