Valideyn komitələrinin sədrləri ilə görüş

01.10.2024-cü il tarixində məktəbin akt zalında I - XI siniflərin valideyn komitələrinin sədrləri ilə məktəb rəhbərlərinin görüşü keçirildi. Görüşdə valideynlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 5 Oktyabr Müəllimlər Günü barədə təlimatla tanış oldular. Bundan əlavə valideynlərlə məktəbdə mövcud olan problemlər və qarşıda duran məsələlər müzakirə olundu.