4ç sinfində STEAM dərsi
F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nigar Məmmədova rəhbərlik etdiyi 4 ç sinfində STEAM fənnindən "Geometrik fiqurlar" mövzusunda dərs keçdi.
Şagirdlər qruplarla işləyərək bir-biri ilə əməkdaşlıq etdilər. Mövzuya uyğun dayanıqlı fiqurlar hazırladılar.