Bədii Gimnastika üzrə yarışın qalibi

24-26 Sentyabr tarixlərində Quba rayonunda Bədii Gimnastika üzrə “ Grace of Nature” adlı yarış keçirildi. Yarışda iştirak edib yüksək nəticə göstərən gimnastlar 3-6 oktyabr tarixində Milli Gimnastika Arenasında Beynəlxalq yarışa lisenziya qazandı.
Məktəbimizin 5c sinif şagirdi Hüseynova Mədinə 1 qızıl və 1 bürünc medal, 2b sinif şagirdi Hüseynova Zəhra 1 qızıl medal qazanaraq beynəlxalq yarışa vəsiqə qazandılar. Məktəb rəhbərliyi şagirdin uğurları ilə tanış olaraq gələcək yarışlarda müvəffəqiyyət arzuladı.