Daha Yaşıl bir Dünya üçün

124 nömrəli məktəbin 1A sinfinin təşəbbüsü və A.Gülşən müəllimin rəhbərliyi ilə
" Yaşıl Dünya naminə həmrəylik ili" nə həsr olunmuş ağacəkmə aksiyası keçirildi. Tədbirdə şagirdlər qruplara ayrılaraq məktəbin həyətində şam ağacları əkdilər. Eyni zamanda tədbiri təsviri incəsənət və Azərbaycan dili fənləri ilə inteqrasiya edərək mövzunu əks etdirən müxtəlif şüarlı rəsm əsərləri nümayiş etdirdilər. Uşaqların çıxışında şeirlər səsləndirildi. Aksiyada məktəbin direktoru Ə.Reyhan müəllimə də şagirdlərə dəstək oldu. Tədbir maraqlı kadrlarla yadda qaldı.