Şəhidlərimizin önündə baş əyirik !

          Bu gün 27 Sentyabr Anım Günü ilə əlaqədar 1c sinfi sinif rəhbəri Pənahova Vüsalə ilə birlikdə şəhid Əmir Kazımovun ev muzeyini ziyarət etmişdir. Anası Xuraman xanım görüş zamanı şagirdlərə qürurla oğlunun uşaqlığından, vətənpərvərliyindən, döyüşdə göstərdiyi şücaətindən danışmış, bir qəhrəman böyütdüyünü fəxrlə vurğulamışdır. Şagirdlər şəhidin təltif  olunduğu medal və ordenlərlə tanış olmuş, şəkillərini izləmişlər. Həmçinin şagirdlər məktəbin qarşısında Şağan şəhidlərinin abidəsi önünə qərənfil düzmüş, qazi və veteranlarla görüşmüşlər. Canlı qəhrəmanlarımız keçdikləri döyüş yolundan danışmış, onlara da bir vətənpərvər qəhrəman olmağı arzulamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi