Anımız andımızdır !

27 Sentyabr – Anım Günü ilə əlaqədar məktəbin həyətində müəllimlər və şagirdlər şəhidləri bir dəqiqəlik sükutla yad edərək Azərbaycan Dövlət Himnini səsləndirdilər.
Məktəbin akt zalında “Anımız andımızdır” adlı xatirə gecəsi tədbiri keçirildi. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər dedilər. “ Xarı bülbül” xorun müşaiyəti ilə mahnılar oxudular. Sonra 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi.