Şəhidlərimizi qürurla anırıq

124 nömrəli məktəbin 1A sinfində də 27 Sentyabr Anım Günü qeyd olundu. Günə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilərək başladıldı. Davamında birincilər məktəbin adını daşıyan şəhid Füzuli Gözəlovun və Şağan şəhidlərinin abidəsini ziyarət etdilər. Həmçinin II Qarabağ müharibəsinin iştirakçısı olan bir neçə qazi ilə görüş keçirildi. Qazilər şagirdlərlə öz döyüş təəssüratlarını bölüşdülər.