Şagirdlərin müharibə iştirakçılarla görüşü

          Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “ 27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” na və BŞTİ – nin müvafiq əmrinə əsasən 124 nömrəli tam orta məktəbdə Anım Gününə həsr olunmuş seminarlar, mühazirələr, “ Açıq dərs” lər, videoçarxlar, təqdimatlar təşkil edildi. Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, 27 Sentyabr Anım Günü barəsində şagirdlərə məlumat verildi.

       Anım Günü ilə bağlı məktəbimizdə Vətən Müharibəsi şəhidlərinin adını daşıyan sinif otaqlarında ibtidai sinif şagirdləri müharibə iştirakçılarla görüşü keçirildi. Onlar – Xanlarov Zaur, Qədəşov Abdulla, Abdullayev Tural, Teymurov Elmar və Abdullayev Rəhman döyüş təəssüratlarını məktəblilərlə bölüşdülər. Vətən uğrunda canlarını sipər etmiş qazilər məktəblilərə vətəni sevməyi və qorumağı, layiqli vətəndaş olmağı tövsiyə etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi