"Yaşıl Dünya naminə həmrəylik ili " layihəsi çərçivəsində 2A sinfinin yaradıcı dərsi

Tədris planına uyğun olaraq və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında sərəncamını müvafiq olaraq Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbin 2a sinif şagirdləri "Yaşıl Dünya naminə həmrəylik ili " layihəsi çərçivəsində açıq havada maraqlı və yaradıcı bir dərs keçirdilər. Uşaqlar öz əlləri ilə hazırladıqları əl işlərini sinif yoldaşlarına təqdim etdilər, hər biri öz dünyasını rənglərlə və yaradıcılıqla ifadə etdi. Təqdimatın sonunda şagirdlər yaratdıqları əsərlərə görə sertifikatlarla təltif edildi. Belə dərslər uşaqların təbiətə və yaradıcılığa olan sevgisini artırır.