Dünya Robot Olimpiadasında iştirakımız

Bakıda yeniyetmə və gənclər arasında keçirilən VII Robot Olimpiadasına yekun vurulub. Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən olimpiadada F.Gözəlov adına 124 nömrəli məktəbimiz 2 şagird və 1 mentordan ibarət komanda ilə iştirak edib. Komandamız Future Innovators (seniors 14-19 ) kateqoriyası üzrə yarışda iştirak edirdi. ’MODERN HOME’ adlı komandamız sertifikatla təltif olunub.
Qeyd edək ki, komandanın üzvləri – İnformatika müəllimi Nağıyeva Sitarə, məktəbin şagirdləri Ağayeva Mehriban və Balakişiyeva Fatimədir. Bununla əlaqədar məktəb rəhbərliyi müəllim və şagirdləri təbrik edib.