İlk valideyn iclası

Tədris ilinin ilk valideyn iclası 21 sentyabr tarixində keçirildi. V-XI siniflərdə keçirilən iclasda məktəbin yeni direktoru Reyhan Ələkbərova valideynlərə təqdim edildi. Məktəbin direktoru R.Ələkbərova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı S.Atayeva və psixoloqu Z.Sultanova valideynlərin arzu və istəklərini dinləyib, sualları cavablandırıb və qarşıda duran məsələləri danışdılar.