Bilik günü

16 sentyabr “Bilik Günü”nə həsr olunmuş tədbir məktəbin həyətində keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunmuş və vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bayram tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Ələkbərli, Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Dadaşov, məktəb rəhbərliyi, müəllim və şagird heyəti,valideynlər iştirak edib.

          Tədbirdə birincilərin hazırladıqları kompozisiyalar, vətənpərvərlik mövzusunda mahnılar təqdim olunub.

          Məktəbin 11B sinif şagirdi “Qərbi Azərbaycana Qayıdış” Olimpiadasının qalibi və bununla əlaqədar gümüş medala layiq görülmüş Nəzrin Əlizadə müəllimlərə minnətdarlığını bildirərərk, şagirdlərə təhsildə əzmkar və qətiyyətli olmağı tövsiyyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi