Ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu ” mövzusunda tarix müəllimi Arzu Əbilovanın təşkilatçılğı altında VII f sinfi ilə dəyirmi masa keçirilib. Şagirdlər Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti, 1969-1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyasında yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, təbiətə yeni baxışı, ətraf mühit sahəsində qəbul edilmiş mühüm qərar və tövsiyələr, digər mövzular ətrafında danışılıb.