Bahar çələngi

    Xəzər  Rayon İcra Hakimiyyəti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəniyyət və Sənətkarlıq üzrə bakı Dövlət Peşə Təhsil Mərkəzinin  birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda, “Bahar çələngi” adlı bayram şənliyi keçirilib. Xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibətilə keçirilən bayram şənliyində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov,RİH başçısının müavinləri, Xəzər rayonunda fəaliyyət göstərən idarə müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

    Şənlikdə 124 saylı məktəbin şagirdlərinin bayram əhval ruhiyəli çıxışları, müxtəlif əl işləri,rəsm əsərləri gələn qonaqlar tərəfindən maraqla izlənilib. Həmçinin idman sahəsində uğur qazanan şagirdlərimiz də medalları ilə bayram şənliyinə qatılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi