5 Mart ”Bədən Tərbiyəsi və İdman günü”

          5 Mart 124 nömrəli tam orta məktəbdə ”Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş bir neçə yarış keçirilib.

1-ci gün 8-ci sinif şagirdlərinə idman növləri haqqında məlumat verildikdən sonra şagirdlərin sualları cavablandırılıb. İdman nailiyyətləri olan idmançılarla görüş keçirilib. Həmçinin ibtidai sinif şagirdləri də bu görüşdə iştirak edib. 5 mart idman günü munasibətilə 5-ci siniflər arasında şən startlar yarışı keçirilib.

2-ci gün Rəsm müsabiqəsi olub. Şagirdlərimizin əl işləri nümayiş edilib. Daha sonra

11-ci siniflər arasında qol güləşi yarışı,10-cu siniflər arasında futbol yarışı keçirilib. Sonda şagirdlərimiz sertifikat və təşəkkürnamə ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi