Mehmet Akif Ersoy
Mövzu : Mehmet Akif Ersoyun həyat və yaradıcılığı(Çanaqqala savaşının 100 illiyinə həsr olunub) S.S müəllifi U.Rzayeva Lalə Məmmədova tərəfindən şairin yağlı boya ilə çəkdiyi portreti nümayiş etdirildi. Türkiyədə keçirilən uşaq mahnı festivalının qalibi Mirzəcan Mövliyev Azərbaycan –“Türkiyə mahnısı” ifa etdi. U.Rzayeva – Şairin həyat və fəaliyyəti haqqında məlumat verdi.Xeyranisə Fətullayeva ,Səidə Rəhimova ,Utarida Rzayeva – Zəlimxan Yaqubun, Qənirə Paşayevanın şeirlərindən nümunələr söylədilər.Abdalova Nərmin – Mehmet Akifin yaradıcılığı haqqında türk dilində məlumat verdi.İstiqlal Marşı haqqında müəllimin məlumatından sonra Asəd Kazımov, Xosrov Cəbrayılov , Nigar Ağayeva ,Zemfira Adilova, Xeyranisə Fətullayeva şeiri əzbər söylədilər.Mehmet Akifin “Çanaqqala dastanı” və əsərin mövzusu haqqında Sona Fətullayeva çıxış etdi.Daha sonra Əli Rəfiyev Dastandan parçalar söylədi.Azər Məmmədov və Dilavər Rzayevin Çanaqqala savaşından, Mərdəkandakı şəhid türk əsgərləri abidəsindən hazırladığı video-materiallar nümayiş etdirildi.Paralel olaraq Əhməd Cavad yaradıcılığından türklərin Bakıya gəlişi ilə bağlı, Mart soyqırımı hadisələri ilə əlaqədar Fatimə Kəlbiyeva məlumat verdi.Pakizə Əliyevanın oxuduğu “Azərbaycan –Türkiyə” mahnısı dinlenildi. Sonda Əsgər geyimli qizların rəqsi numayiş etdirildi. Samirənin “Vətən”, L.Ramazanlının “Qələbə” mahnısının nümayişi Azərbaycanın şəhid oğullarının şəkillərinin görüntüləri ilə müşaiyət edildi.Aparıcı sonda Qarabağ savaşında qələbə münasibəti ilə keçiriləcək tədbirdə görüşmək ümidi ilə tədbiri yekunlaşdırdı.