“Xocalı” uşaqların gözü ilə

     26 fevral I dərslərdə və təşkilat saatlarında Xocalı faciəsi yad olunub. Şagirdlər faciəni əks etdirən şəkillər çəkib, divar  qəzetləri hazırlayıb və şeirlər söyləyiblər. VII siniflərdə evdə baxılması tapşırılan “Xoca” filminin müzakirəsi olub. Məktəbin biologiya müəllimi Aytən Seyidova faciəyə şeir həsr edib:

                     Soyuq bir qış günü, bir gecəyarı

                     Bəla üz tutubdur sənə Xocalı!

                     Əhalin düşübdür çöllərə sarı

                     Ayaqyalın, çılpaq gedir Xocalı!

Bu nə zülmdür verdilər sənə

Daş olmaq lazımdır dözsün dərdinə

Min yara vurdular xalqın qəlbinə

Sağalmaz yaramız, oldun Xocalı!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi