Sağlam həyat tərzi

      Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Şağan qəsəbəsi 124 saylı məktəbdə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə mərkəzin sosial iş üzrə mütəxəssisləri Aysun Kərimova və Arzu Məmmədova, mərkəzin ekspert qrupunun üzvü Sevinc Atayeva, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Arzu Məmmədova tədbiri giriş sözü ilə açaraq mövzu haqqında ilkin məlumat verib. Sonra Aysun Kərimova mövzu ilə əlaqəli təqdimatla çıxış edib, Sevinc Atayeva sağlamlığa ziyan vuran zərərli vərdişlər barədə məlumat verib. Diskussiya şəklində keçirilən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi