Zəfər gününə həsr olunmuş dama və volleybol yarışı

               F. Gözəlov adına 124 nömrəli tam orta məktəbin daxilində fiziki tərbiyə müəllimləri tərəfindən, Zəfər gününə həsr olunmuş, 7-ci siniflər arasında "dama" yarışı keçirildi. Yarış Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. İlk oyun 7c və 7ç sinifləri arasında oldu və 7c sinifinin qalibiyyəti ilə yekunlaşdı. İkinci oyun 7f və 7ə arasında oldu və 7ə sinifinin qalibiyyəti ilə yekunlaşdı. Üçüncü oyun 7c və 7ə sinifləri arasında oldu və 7ə sinifinin qalibiyyəti ilə yekunlaşdı.Son oyun 7f və 7ç arasında oldu və 7f sinifinin qalibiyyəti ilə yekunlaşdı. Nəticədə 7ə sinfi l yerə, 7c sinfi ll yerə, 7f sinfi lll yerə, 7ç sinfi lV yerə layiq görüldü.

         Həmçinin  Zəfər gününə həsr olunmuş,  voleybol yarışı da keçirildi.  Yarışda 11a, 10a və 10c sinifləri iştirak etdi. Yarış nəticəsinə görə rəqiblərinə qalib gələrək 11a sinfi l yerə, 10a sinfi ll yerə, 10c sinfi lll yerə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi