Zəfər bayramı uşaqların gözü ilə

IVç sinfində sinif rəhbəri Lalə Manafova Zəfər gününə həsr olunmuş tədbir keçirib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Adil Əliyevin çıxışından sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar səsləndirib, səhnəciklər göstəriblər.
Tədbirin sonunda məktəbə dəvət olunmuş şəhid anaları müəllim və şagird kollektivinə öz minnətdarlığını bildirib.